`Fənərbaxça`nın sabiq futbolçusu öldürüldü - FOTO


19:03     15 Avqust 2016 eski-fenerbahceli-dalian-atkinson-polis-8700032_x_1928_o.jpg

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Dalian Atkinson polislərlə mübahisə zəminində həyatını itirib.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, polislə əlbəyaxa olan Atkinson ona qarşı tətbiq edilən `taser` adlı eletroşokun təsiri ilə vəfat edib. Xəstəxanaya çatdırılan Atkinsonun infark keçirdiyi də bildirilir.

Qeyd edək ki, D.Atkinson 1995-1997-ci illərdə “Fənərbaxça” klubunun şərəfini qoruyub. O, 22 oktyabr 1995-ci ildə `Galatasaray` ilə oyunun ilk 30 dəqiqəsində 3 qol vuraraq tərəfdarların sevgisini qazanmışdı.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1756